AZ

İsrailin keçmiş baş ravvini İsrail Meir: Holokost zamanı 55 mindən çox yəhudi Azərbaycana sığınıb

Holokost zamanı 55 mindən çox yəhudi Azərbaycana sığınıb. Bu barədə İsrailin keçmiş baş ravvini İsrail Meir Lau AŞPA-da Beynəlxalq Holokostu Anım Günü münasibətilə Strasburqda keçirilən mərasimdə bildirib. Bu barədə STMEGI yəhudi informasiya portalı xəbər verib.

“Bu gün mən İsrailin köhnə dostu olan bir ölkəni xatırlatmaq istəyirəm: yəhudi xalqı və İsraillə sıx əlaqələri olan müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycan dövləti. Bu gün Azərbaycan İsraillə çiyin-çiyinə, şərlə üz-üzə dayanır... Üstəlik, Holokost zamanı qırğından qaçan 55 mindən çox yəhudi Azərbaycanda, 7 oktyabr fəlakətindən (HƏMAS-ın İsrailə hücumundan) sonra isə yüzlərlə insan sığınacaq tapıb. Azərbaycan vətəndaşlarının İsrail səfirliyinə gələrək gül dəstələri və başsağlığı məktubları gətirdilər”, deyə keçmiş baş ravvin vurğulayıb. 

Ülviyyə, Hurriyyet.az

Seçilən
8
6
hurriyyet.az

8Mənbələr