Vaşinqton yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin “qara qutu”larından birini aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Məlumata görə, dalğıclar çaya düşən təyyarənin kabininə də daxil ola biliblər və burada baqajlar aşkarlanıb.
Bildirilib ki, çayın axını cəsədləri qəza yerindən uzağa aparıb.
Xatırladaq ki, bu gün Vaşinqtonda Reyqan adına aeroportda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Hadisə təyyarə yerə enməyə hazırlaşarkən qeydə alınıb. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb .Çaydan 19 nəfərin cəsədi aşkar olunaraq çıxarılıb.