AZ

Gömrükçülər gecikən əməkhaqlarının yarısını alıblar, hamısını deyil

Gömrükçülər gecikən əməkhaqlarının yarısını alıblar, hamısını deyil

Dövlət Gömrük Komitəsi gecikdirilmiş əməkhaqlarının hamısını ödəməyib.Bu barədə AFN.az-a məlumat verən gömrük əməkdaşları bildiriblər ki, cəmi 2 aylıq ödəniş olub: "Artıq bildiyiniz kimi, 4 aydır bizim əməkhaqlarımız ödənmir. Hətta ötən il bir çoxlarımızın məzuniyyət pulu da ödənmədi. İndi media yazdıqdan, məsələ ictimailəşdikdən sonra 2 ayı ödədilər, qalan yenə qaldı. Bu aylar ərzində xeyli borc eləmişik, borcla dolanmışıq, aldığımızın hamısı borca getdi. Yenə məcbur olub borc edəcəyik. Nə baş verdiyini anlamaq istəyirik. Bir dövlət qurumunda əməkhaqlarının bu qədər gecikməsi görünməmiş hadisədir. Özəl sektor olsa, başa düşmək olar, dövlət sektorunda belə hal nonsesdir".Həmsöhbətimiz bildirir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun "texniki problem" adlandırdığı hal onlar üçün ağır hadisədir: "Şahin müəllim deyir ki, ajiotaj yaratmaq lazım deyil. Əslində isə bu hadisənin özü ajiotajdır. 4 ay əməkhaqqı almadan biz necə olanmışıq, görəsən, hörmətli sədrə maraqlıdırmı?!"

Seçilən
8
afn.az

1Mənbələr