Almaniya Bundesliqası komandalarından "Leypsiq"in yarımmüdafiəçisi Elif Elmas karyerasını İtaliya klubunda davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Torino" futbolçunu 2025-ci ilin yayına kimi icarəyə götürüb. Bu barədə klubun mətbat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, müqavilədə 17 milyon avroluq satınalma maddəsi də yer alıb.
Elif Elmas daha əvvəl "Fənərbaxça" və "Napoli" kimi klublarda da çıxış edib.
Qeyd edək ki, makedoniyalı yarımmüdafiəçi bu mövsüm Almaniya təmsilçisinin heyətində çıxış etdiyi 6 oyunda 1 assistlə yadda qalıb.
Çempionlar Liqasında rekord göstərici
Orkun qol vurdu, Kenan Yıldızlı “Yuventus” məğlub oldu
“Roma”da ayrılıq baş verə bilər
“Qalatasaray” ulduz futbolçusunu göndərdi – Rəsmi
Argentina millisinin üzvü “Bayer”də - Rəsmi