AZ

Trampın maliyyə yardımını dayandırması erməniləri ÜZ-ÜZƏ QOYDU

Trampın ermənilərə qrant ayrılmasını dayandırması erməniləri diaspor ilə üz-üzə qoyub. 

İnterpress.az xəbər verir ki, ABŞ prezidenti ilin əvvəlindən 90 gün müddətinə USAİD-in maliyyə proqramlarını dayandırıb.

Bu o deməkdir ki, qrant yeyən təşkilatlar bu müddət ərzində yeni qrantlar ala bilməyəcəklər, lakin onlarda hələ də artıq ayrılmış vəsait olacaq.

ABŞ-ın Erməni Milli Komitəsi (ANCA) Trampın erməni qrant yeyənləri maliyyələşdirməsini dayandırmasını alqışlayıb.

ANCA qrant yeyənləri Amerikanın pulunu oğurlayan və “erməni torpaqlarını” təslim edən adi fırıldaqçılar hesab edir.

ANCA-nın şərhindən sonra erməni qrant yeyənlər dəli olublar.

Belə ki, Sossi Tatikyan ANCA-nı qarabağlı erməni uşaqların pulunu almaqda ittiham edib. Nil Xaur ANCA-nı “düşük” adlandırıb.

EVN Report media orqanının baş redaktoru Raffi Elliott da inciyib və ANCA-nın Qarabağı könüllü tərk edən ermənilərə yardımın dayandırılmasını dəstəklədiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
5
interpress.az

1Mənbələr