Azərbaycan Cümhuriyyətinin banisi, istiqlal fədaisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 141 - i ili tamam olur.
"Sherg.az"ın məlumatına görə, bu gün "Rəsulzadə Ev Muzeyi " İçtimai Birliyinin üzvləri , ziyalılar, tarixçi alimlər M. Ə. Rəsulzadənin Novxanıdakı heykəlini ziyarət edib, abidə önünə əklil qoyub, gül dəstələri düzüblər.
Tarixçi alimlər Solmaz Tohidi Rüstəmova , Firdovsiyyə Əhmədova, Qulu Məhərrəmli , Faiq Qəzənfəroğlu, Akif Aşırlı, ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev və digər iştirakçılar Məhəmməd Əmin Rəsulzadənin həyatı, fəaliyyəti, irsinin tədqiqi və təbliği baxımından görülən və görüləçək işlərdən danışıblar.
Sonda M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə tədbirin təşkilatçılarına, iştirakçılara minnətdarlıq edib.