AZ

Avropa kinematoqrafçıları İlon Maskın təsirini məhdudlaşdırmağa çağırıblar

Bakı, 30 yanvar, AZƏRTAC

Avropanın kino sənayesinin ən tanınmış bir qrup xadimi Donald Trampın seçkilərdə qələbəsindən və Mark Zukerberq, Ceff Bezos və İlon Mask kimi milyarderlərin onun yeni hökumətinə dəstəyindən sonra qlobal texnoloji platformaların daha çox tənzimlənməsi çağırışlarına qoşulub.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Demokratiyanı texnoloji nəhənglərdən qoruyaq” adlı onlayn petisiya Avropa kino sənayesinin mindən çox peşəkarından, o cümlədən Oskar mükafatçıları Juliett Binoş və Folker Şlöndorff, “Qızıl palma budağı” mükafatının ikiqat qalibləri Jan-Pyer və Lyuk Dardennadan imzalar toplayıb.

Müraciətdə Avropa qaydalarını pozduğu iddiası ilə müxtəlif rəqəmsal platformaların, o cümlədən İlon Maskın “X” və Mark Zukerberqin “Meta” şirkətlərinin məhsullarının Avropa İttifaqının (Aİ) qaydalarına uyğun gəlməməsi, Çin şirkəti “TikTok”da məlumat təhlükəsizliyi problemləri, Pavel Durovun “Telegram”ında yayılan qeyri-qanuni məzmun göstərilir.

“Yalnız kütləvi sivil səfərbərlik bütün Avropa vətəndaşları üçün ədalətli, balanslaşdırılmış və qoruyucu rəqəmsal tənzimləməni təmin edəcək”, -deyə petisiyada vurğulanır.

Seçilən
0
azertag.az

1Mənbələr