Bakı. Trend:
Kaliforniya ştatının San Ramon şəhərində dünyanın müxtəlifmədəniyyətlərini bir araya gətirən “İcmada mədəniyyət” festivalıkeçirilib.
Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, Şimali Kaliforniya Azərbaycan MədəniyyətCəmiyyətinin nümayəndələri festivalda guşə yaradıb, ölkəmizi təmsiledib.
Azərbaycana aid suvenirlərin, kitabların sərgiləndiyi guşədəqonaqlara milli şirniyyatlarımız da təqdim olunub. Milli geyimdəolan cəmiyyət üzvləri – Nurlan Şükürlü, Könül Əliyeva, CavidHüseynli, Günay Xəlilova və Hüseyn Hüseynli qonaqlara ölkəmizinqədim tarixi, zəngin mədəniyyəti, mətbəxi, füsunkar təbiəti, turizmpotensialı barədə ətraflı məlumat verib, suallarıcavablandırıb.
Şimali Kaliforniya Mədəniyyət Cəmiyyətinin nəzdində fəaliyyətgöstərən və tanınmış xoreoqraf Rozi Alməmmədovanın rəhbərlik etdiyiAzərbaycan rəqs ansamblının ifasında “Cəngi”, “Ağ Çiçəyim” və“Yallı” rəqsləri iştirakçıların alqışları ilə qarşılanıb.