AZ

Azərbaycan - geniş imkanları olan, dinamik inkişaf edən ölkədir - ADA dekanı

Bakı. Trend:

Azərbaycan mədəni və iqtisadi sahələrdə böyük perspektivləriolan dinamik inkişaf edən ölkədir.

Trend xəbərverir ki, bunu bu gün ADA Universitetinin dizayn və memarlıqfakültəsinin dekanı Silviya Ferrari ADA Universitetindəİtaliya-Azərbaycan layihəsi çərçivəsində yeni, kommunikasiyadizaynı və şəhərsalma ixtisaslarının rəsmi açılış mərasimindəetdiyi çıxışda söyləyib.

“Ötən il biz universitetdə iki yeni kurs işə saldıq: onlardanbiri memarlıq, digəri isə interyer dizaynı üzrə idi. Bugün isəböyük sevinclə iki yeni (ixtisas) proqramının işə salındığını elanedirəm. Onlardan biri şəhər planlaşdırılmasına, digər isəkommunikasiya dizaynına həsr olunub. Azərbaycan mümüm mədəni vəiqtisadi dəyişikliklərin baş verdiyi və bu qeyd olunan sahələrdəyeni imkanların meydana gəldiyi dinamik inkişaf edən ölkədir. Məhzbu səbəbdən ADA-nın dizayn və memarlıq fakültəsi yeni memarların,dizaynerlərin və şəhərsalma mütəxəssislərinin hazırlığını özöhdəsinə götürüb”, - deyə o bildirib.

Fakültənin dekanı qeyd edib ki, şəhərsalma mütəxəsisləri Bakı vəregionların inkişafında həlledici rol oynayacaqlar belə ki, onlarınönündə dayanıqlı və innovativ layihələrin hazırlanması ilə bağlıgeniş imkanlar açılacaq. Kommunikasiya dizaynı üzrə mütəxəssislərisə şirkətlərə və təşkilatlara effektiv strategiyalar təşkiletməkdə, dəylərlər formalaşdırmaqda və unikal bir üslubhazırlamaqda yardımçı olacaqlar.

Məqalədə:
Seçilən
4
az.trend.az

1Mənbələr