Yığmanın baş məşqçisi Vitali Borisov Bakıdakı hazırlıq mərhələsinə 15 futzalçı dəvət etmişdi. Xorvatiyaya isə 14 futzalçı yollanıb. Bəs siyahıdan kim çıxarıldı?Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov bu suala aydınlıq gətirdi:
“Cavad Məmmədov Bakıda qaldı. Futzalda protokolda 14 nəfərin adını yazmaq mümkündü. Adətən, 2 qapıçı, 12 sahə oyunçusu yazılır. Nadir hallarda 3 qapıçı, 11 futzalçı olur”.
ƏSƏD SEYİDOV