AZ

Rusiya Ukraynada yaşayış binasını vurdu - ölənlər var

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Ukraynada çoxmərtəbəli yaşayış binasına zərbələr nəticəsində həlak olanlar var.

Yerli hakimiyyətin məlumatına görə, Rusiya dronunun Sumi şəhərindəki çoxmərtəbəli yaşayış binasına hücumu nəticəsində azı dörd nəfər həlak olub. Qurbanların nəşləri dağıntılar altından çıxarılıb.

9 nəfər müxtəlif dərəcəli zədələr alıblar. 

Sumi şəhərinin rəhbərliyinin məlumatına görə, PUA zərbəsi nəticəsində dörd mərtəbədə yerləşən 5 mənzil və 12 balkon dağılıb.

Hürr Tərcüman

 

Seçilən
3
hurriyyet.az

1Mənbələr