Demokrat.az xəbər verir ki, müğənni bu sözlərinə görə sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.
Onu tənqid edənlərdən biri də klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu olub: “Onun belə danışmağı düzgün deyil. İntiqam müəllim, siz bu günə kimi nə oxumusunuz? Siz Aygün Bəylər, Elçin Cəlilovun müəllimi olsanız, nə edərdiniz? Onların bir faizini oxumursunuz... O ki qaldı opera ifaçılarına...”
İntiqam Kərimovun cavabı isə gecikməyib. “Gün ortası” verilişinə zəng edən müğənni deyib: “Hansısa tütək, klarnet çalan sənətimə qiymət verə bilməz. Heç onu tanımıram. Mən “Sevil”, “Balaş” oxumuşam”.