"Azərbaycan, Türkiyə və Özbəkistan Ankara Bəyannaməsi imzaladı. Bu üç türk ölkəsinin birgə Bəyannaməsi iqtisadi -siyasi əməkdaşlığı ehtiva edir. Hər üç ölkə növbəti mərhələdə üçtərəfli müttəfiq bəyannaməsi imzalaya bilər. Həmçinin Türkiyə Azərbaycan və Mərkəzi Asiya Türk ölkələri ilə birgə hərbi əməkdaşlıq paktı imzalaya bilər. Yeni dünya siyasi nizamında Ankaranın çevik və strateji hədəfləri yeni hərbi pakt qurulmasındadır". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Türkiyə, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun əsas geosiyasi mövqelərini gücləndirərək əsas təsir zonasını formalaşdırir. Məhz Rusiya və İranın Azərbaycana təzyiqləri Türkiyə ilə birgə kordinasiyalı şəkildə siyasət aparmasından irəli gəlir. Növbəti mərhələdə Zəngəzur dəhlizinin açılması reallaşacaq. Regional şərtlər və Ankaranın təzyiqləri Yerevanın geri addım atması ilə nəticələnə bilər. Ermənistan Avropa İttifaqının mülki missiyasını regionda mandatını uzatmasina baxmayaraq regionda proseslər Ankara-Baki tandeminin formalaşdırdıgı siyasətindən asılı olacaq".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31