Astro-numeroloq, yaşam koçu Vüsalə Əliyevanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:
- Artıq 2025-ci ilə qədəm qoymuşuq. 2025-ci il "İlan ili"dir. Çin təqvimi baxımından bu ili necə xarakterizə etmək olar?
- 2025-ci il astrologiyasına və Çin mitologiyasına görə "İlan ili"dir. Amma təkcə "İlan ili" deyib keçməyək. Bu Yaşıl "İlan ili"dir və eyni zamanda qadın enerjisidir. Dişi yaşıl ilan üzərində təhvil alınacaq.
29 yanvar tarixində artıq yeni il bizə qədəm qoydu. Amma astroloji göstərici olaraq bir insanı xəritə analizi etdiyimiz zaman təbii ki baza, mənbə, fundament olaraq həmin insanın xəritəsində 21 mart olaraq yəni, bu dünyaya gəlməyimiz əgər Azərbaycandadırsa, Azərbaycan zodiakı üzərindədirsə fundament də 20-21 mart tarixindən götürürük. Amma dünyanın ildəyişməsi, Miladi təqvim dediyimiz təbii ki 31 dekabr tarixində olur ki, bunu artıq keçdik. 29 yanvar yeni Çin mitologiyası, Çin astrologiyasına görə yeni il başlanğıcıdır. Deməli, Dolça bürcündə yeni aya başlayacağıq.
- Ümumiyyətlə, bu il "İlan ili" astrologiyada, tarixdə hansı əlamətdar hadisələrlə əlaqələndirilir?
- Ümumiyyətlə 2025-ci il çox şeydən öndə qalacaq. Məsələn, biz bu elmin dərinliklərini araşdıranda astrologiyaya qədim bilgə elmlər deyirik. Çünki astrologiyanı 3-5 ilə sığdıra bilmərik. Daha qədim bilgili elmdir və orada gizli elmlər, gizli tarixlər, gizli döngülər deyilən bir arayışlar var. Həmin o dönəmlərdə hansı əsrlər, hansı tarixlər ki yadda qalıb astrologiyanın tarixində qızıl hərflərlə 2025-ci il də onlardan biri olacaq. Yəni, bizim hal-hazırda yaşayan insanların və bundan sonra da bir neçə əsr də yaşayacaq insanların 2025-ci ildən hələ çox gözləntiləri var. Təbii ki bura enerjilər və planetar quruluşlar daxildir.
- Dünya üçün hansı gözləntilər, dəyişikliklər və tendensiyalar ola bilər?
- Ümumiyyətlə, dünya çapında götürəsi olsaq bu il dekabrı mars retrosu ilə açdıq və bu illərdə çox az hallarda olur ki, ilə başlayanda mars retrosu ilə başlayırıq. Onun ardınca dünyada yaşanılan hadisələri gördük. Mars intriqalardır, iğtişaşlardır, təbii fəlakətlərdir. İnsanın da tərkibində bir od, bir su elementi var. Həmçinin hava, torpaq ünsüründən ibarətdir.
Marsla başladıq, mars retrosu hələ davam edir və fevral ayına qədər davam edəcək. Təkcə bugün mars retrodan çıxdı o dəqiqə onun enerjisi söndü demirik. Ən azından ortalama göstəriciyə görə 2 illik gəzəgənlər planetləri sıralayanda 2 il özündən əvvəlki enerji, 2 il özündən sonrakı enerji orada qalır.
- 2025-ci il hansı bürclər üçün daha uğurlu olacaq və hansı sahələrə daha çox diqqət yetirilməlidir?
- Bürcləri əvvəldən sona qədər sıralamaq bu dəqiqə sosial media bu sahədə çox aktivdir və istənilən insan istənilən bürc haqqında məlumat ala bilər. İlanda suyla, torpağa yaxınlıq var. Təbii ki bu əgər su qrupu, torpaq qrupudursa su qrupundan od elementi qorxur. İstənilən halda sınağı od elementində olacaq. Yəni bu yanaşmayla götürəsi olsaq budur. Amma biri də var ki, məhz bu dönəmdə ulduzu parlayan dünya liderləri oldu ki, hansı ki mars retrosunda dünyaya gəliblər, özləri şir elementindədirlər. Mən deyim ki, su qrupları daha çox önəm daşıyacaq, onların iqtidarı başlayacaq. Çünki bir astroloqda təkcə bürc anlayışı deyil.
Mən heç vaxt proqnoz olaraqdan bürcləri analitika etməmişəm. Çünki bürc astroloqu olmağı seçmirəm. Çünki astrologiya kimi bir elm təkcə bürclərdən ibarət deyil. Əgər bugün ümumiləşdirəsi olsaq deyərəm ki, bu bütün bürclərə şamil olunur, bütün bürclərə aiddir. İlin 2-ci yarısına qədər əsas da mart ayına qədər hər birinin sınağı olacaq, hər birinin Mövludu elə bil yenidən doğuluşu olacaq. Qoç bürcləridirsə sınağı daha çox idarəetmə ilə bağlı olacaq. Çünki mən bunu təkcə efirlər vasitəsilə deyil, inandığım astroloqlarla da müzakirə etdiyimiz zaman fikirləşirik ki, bəlkə bu ili azaldaq. Çünki ilin enerjiləri onu göstərir ki sən dur, bir dayan, bir bax. Biri var deyirik ki məsələn adi astroloq deyir ki yağış yağır. Bu adi astroloqun gördüyüdür. Amma o yağışı yağdırmaq yağış niyə bugün yağdı? Kimlərə təsir edəcək? O artıq təkamüldür. 2025-ci il isə biz artıq təkamül ilinə qədəm qoyuruq. Bütün planetlər, quruluşlar hansı planetlər ki insanı təkamülə çatdırır.
Bəzən deyirlər ki, bəşəriyyətin sonu yaxınlaşır, insanlar bir-birini idarə eləmir. Bunların hamısında bir şey dayanır. Səthi dayaz düşüncələr. Biraz özünüzə qayıdın. Siz niyə yaradılmısınız? Elə deyim ki mən balığam. Mən deyirəm ki, qoç bürcü ilə balıq bürcü xarakter olaraq yer-göy də birləşsə bir yerə gəlməyəcək bürclər qrupudur. Amma mən bunu insana “sən uğursuzsan, sən qoç bürcüsən balıqla ayrıl” necə deyim. Düzgündürmü? Düzgün deyil. Çünki o qədər xoşbəxt olan insanlar var. Məsələn qoç bürcünün xəsisliyi, aqressivliyi, mənəm-mənəmliyi, bir gücə sahib olmağı bir baş orqanı ilə bağlıdır. Amma balıq bürcünün biraz yumşaldıcı xarakteri, biraz duygusallığı. Baxın təkamül burada baş verəcək. İlin 2-ci yarısına qədər dillərinin altına qənd qoysunlar, 5 dəfə, 10 dəfə düşünüb sonra danışsınlar. Yəni ailə-məişət zəminindən tutmuş bütün konfliktləri, kollektivləri mümkün qədər susma moduna keçsinlər. Susmaq təkcə danışmamaq deyil. İnsanda fərqindəlik yaranmalıdır ki, mən bunu deyəcəmsə mənə nə verəcək, bunu deməsəm mənə nə qazandıracaq. Çünki bu dönəmlər biraz həmin o katastrofik döngülərdir. Amma aprel ayından sonra demək olar ki, ruhu şəfalı, enerjisi güclü bütün bürclərin hamısının iqtidarı açıq bir zamanıdır. Bürc incələyə bilmirəm. Çünki Allah-təala o şansı məhz 2025-ci ildə bütün bürclərə verir.
- Azərbaycanda bu ilin xüsusi bir mənası varmı? Astrologiyanın ölkəmiz üçün verdiyi əsas mesajlar nələrdir?
- Ümumiyyətlə, astrologiya təkcə insanların xəritəsinə aid olmur, dünya xəritələrinə də aid olur. Var olan, dünyaya gətirilən hər bir şeyin bir xəritəsi var.
Azərbaycanda deyəndə biz əgər yüksələn bürc çıxartmalıyıqsa orada nə lazımdır? Bəs Azərbaycan özü hansı areala aiddir? Azərbaycan vahid deyil, orada toplum var, sabitlik var. Yəni biz orada ayrıca boş sahəni götürüb analiz edə bilmərik. O enerjilərə girmiş oluruq və yaxud da deyirik ki günəş elementi, ay elementi üçün bizə nə lazımdır? Saatı, saniyəsinə qədər hətta əkiz övladların xəritəsi belə tam fərqli çıxır. Orada məsələn 1-ci övlad dünyaya gəlir, üçəm olsun fərqi yoxdur. Onların hər biri dünyaya eyni vaxtda gəlmiş olsa belə eyni ailədə xəritələr tamam fərqlidir. Şükür o sekstillər saniyələrlə ölçülür, mikrosaniyələrlə ölçülür. Amma Azərbaycanın yaradılışı deyəndə biz onun tarixinə gedəsi olsaq hansı tarixdə əsası qoyulduğunu götürürük.
Ayşən Vəli