Gənclərin mənzillərlə təminatında müəyyən boşluqlar var. İpoteka ilə bağlı qanunvericilikdə dəyişikliklik edib gənclər sahəsində çalışan şəxsləri də buraya əlavə edərək onlara da müəyyən güzəştlər tətbiq etmək lazımdır.
Day.Az Trend-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Deputatın sözlərinə görə, elə şəxslər var ki, hər hansı elmi və akademik fəaliyyələ məşğul olmur, lakin gənclər sektorunda çalışır:
"Həmin şəxslərin mənzillə təminatı məsələsinə yenidən baxılmalıdır".