"Borussia Dortmund"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, komandanın "sükanı arxası"na Niko Kovaç gətirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis ilə 1.5 illik müqavilə imzalanıb.
Xorvat çalışdırıcının yeni iş yerində ilk oyunu "Ştutqart"a qarşı olacaq.