Türkiyə-Azərbaycan əlaqələrinə verdiyi töhfələrə görə Mərmərə Qrupu Vəqfi Başçısı Dr. Akkan Suverə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub.
“AzPolitika” xəbər verir ki, bununl bağlı Türkiyədəki Azərbaycan səfirliyində tədbir baş tutub.
Tədbirdə çıxış edən Mərmərə Qrupu Vəqfi Başçısı Dr. Akkan Suver deyib ki, Azərbaycan dövləti 28 ildir təşkil olunan Avrasiya İqtisadi Zirvə görüşlərinə Ümummilli Lider Heydər Əliyevin, sonra isə Prezident İlham Əliyevin mesajları ilə verdiyi önəmi göstərib.
“Sivilizasiyaların və mədəniyyətlərin dinc harmoniyada bir xalqdan digərinə ötürülməsi səyləri olan Avrasiya İqtisadi Zirvə toplantılarının davamlı rifah və sülhün təmin edilməsinə xidmət etməkdən başqa bir məqsədi və inancı yoxdur. Aldığım bu medalı fərqlənmə kimi görmürəm. Bu medal həm də mənə məsuliyyət gətirir. Bu məsuliyyət daha çox çalışmaq və bəşəriyyətə xidmət sahəsində daha məhsuldar layihələr həyata keçirməkdir. Bu miras bu gün Türkiyə ilə Azərbaycan arasında yeni mərhələyə qədəm qoyur. İnanıram ki, bu gün burada mənə verilən bu medal Türkiyə ilə Azərbaycan arasında yeni tərəfdaşlıqlara və yeni həmrəyliklərə imkan verəcək”,-deyə o, bildirib.
“AzPolitika.info”