AZ

Ağdamı öz vətəni hesab edən Simonyandan YENİ XƏBƏR VAR

Ermənistan parlamentinin sədri Alen Simonyan müsahibə verəcəyi jurnalisti tapıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, Telegramda yazıb.

“Nəhayət, elə bir adam tapdıq ki, onunla orijinal müsahibə aparacağıq, hələ toxunmaq imkanımız olmayan epizodlar haqqında danışağıq.

Qeyd etməliyəm ki, təklifimizə çox müxtəlif insanlar cavab verdi, buna görə hər kəsə minnətdaram. Fevralda müsahibəni mühakimənizə təqdim edəcəyik. Müsahibəni kimin aparacağına gəlincə, hələ adını çəkmirəm, bircə onu deyim ki, müsahibimiz kifayət qədər tanınmış, təcrübəli jurnalistdir. Birbaşa peşəsi ilə məşğul deyil, məni yaxşı tanıyır, ölkəmizdə baş verən hadisələrdən, siyasi-ictimai məsələlərdən xəbərdardır.

Razılaşdığı üçün ona təşəkkür edirəm. Əminəm ki, bu, maraqlı müsahibə olacaq və çoxlu insanlar özləri haqqında, mənim haqqımda və bugünkü siyasi və sosial palitranın insanları haqqında yeni və maraqlı şeylər öyrənəcəklər”, – deyə o, qeyd edib.

Xatrıladaq ki, Simonyan Qarabağın işğalı dövründə Ağdama gələrək əlində narla poz verib və “bura vətənimdir” deyib. Ötən həftə isə o, erməni jurnalistə səhv etdiyini bildirmişdi.

Çox güman ki, jurnalist spikerə bu haqda da sual verəcək. Bəlkə də bu mövzuya heç toxunmayacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
2
konkret.az

1Mənbələr