AZ

Ən gənc namizəd də bələdiyyə üzvü SEÇİLDİ

29 yanvarda keçirilən bələdiyyə seçkilərində seçilən bələdiyyə üzvləri arasında ən gənci 18 yaşlı Səlimov Həsən Niyaməddin oğludur. O, ötən gün baş tutan bələdiyyə seçkilərində Masallı bələdiyyəsinin üzvü seçilib.

Modern.az Həsən Səlimovla həmsöhbət olub.

O bildirib ki, Ana Vətən Partiyasının Masallıda gənclər təşkilatının üzvüdür:

“Əsasən orada fəaliyyət göstərirəm. Partiyamızın sədri Fəzail Ağamalı gənclərə xüsusi diqqət ayırır və onları önə çıxması üçün çalışır. Bələdiyyə seçkilərində namizədliyimin irəli sürülməsi də elə bu səbəbdən irəli gəlir. Mən bundan sonra da fəaliyyətimi orada da davam etdirəcəyəm”.

Gənc bələdiyyə üzvü bildirib ki, nəticələr açıqlandıqdan sonra partiya rəhbərliyi ilə danışıqları olub:

“Rəhbərlik mənimlə əlaqə saxlayıb təbriklərini və tapşırıqlarını bildirdilər. Fəzail Ağamalı ilə də görüşümüz olacaq, orada da müəyyən məsələlər danışılacaq. Rəhbərimiz gənclər və Azərbaycan xalqı haqqında düşündüklərini bizə çatdıracaq və öz təcrübəsini bizimlə bölüşəcək.Biz də öz fəaliyyətimizi bu istiqamətdə quracağıq”.

Qeyd edək ki, Həsən Səlimov Azərbaycan Universitetinin birinci kurs tələbəsidir. O, Humanitar və sosial elmlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alır.

Seçilən
5
modern.az

1Mənbələr