Tədbirdə Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək su şəbəkələrinə qoşulma sahəsində islahatların və yeni tariflərin əhəmiyyətini vurğulayaraq yeniliklərin biznes mühitinə müsbət təsirini qeyd edib. O bildirib ki, kommunal xidmətlər çərçivəsində su şəbəkəsinə qoşulmanın təkmilləşdirilməsi və yeni tariflərin təsdiqi bu sahədə sadələşmə ilə yanaşı, həm xərclər, həm də prosedurların şəffaf şəkildə təqdim olunmasına əlverişli imkanlar yaradıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov "Su şəbəkəsinə qoşulma" ilə bağlı cari il ərzində görülmüş işlər və əsas nəaliyyətlər haqqında məlumat verib. O çıxışında "Bizness Ready" layihəsinin ölkəmizin biznes və investisiya mühitinə qiymətini, islahatların formalaşmasına mühüm rolunu və sahibkarlara dövlət dəstəyini vurğulayıb.
İşçi qrupunun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib, ötən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb.
Gündəliyə uyğun olaraq su şəbəkəsinə qoşulma üzrə "Bir-pəncərə" sisteminin tam işə düşməsi, qoşulma üzrə prosedurların və vaxtın, eləcə də xərclərin minimuma endirilməsi, 2024-cü il Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin müzakirəsi və əsas nailiyyətlər, qoşulma üzrə rəy verən qurumlar arasında koordinasiya və yeni tariflərin təsdiqi ilə bağlı işlər müzakirə olunub.
Dünya Bankı Qrupunun "Business Ready" layihәsinin "Kommunal xidmətlərə"Su şəbəkəsinə qoşulma"indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsinin ilkin layihəsi nəzərdən keçirilib.
TədbirdəAzərbaycan Respublikasının Prezidenti Administrasiyasının nümayəndələri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, işçi qrupuna üzv olan digər aidiyyəti qurumların nümayəndələri, "Caspian Enerji Club"un üzvləri, sahibkarlar, qeyri-hökumət təşkilatları, müstəqil ekspertlər və media nümayəndələri iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31