AZ

Saxta siqaretlərin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycanlılar SAXLANILDI

Tverdə təhlükəsizlik qüvvələri saxta siqaretlərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəni saxlayıb.

XəzərNews.az xəbər vcrir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Cinayətkar dəstənin tərkibində dörd nəfər, o cümlədən iki azərbaycanlı təşkilatçı - 41 yaşlı E.Şərifov və İ.Əhmədov olub.

Təqsirləndirilən şəxslər Yuxarı Volqa bölgəsindəki pərakəndə satış məntəqələrində qanunsuz tütün məmulatları satıblar.

Təhlükəsizlik qüvvələri qanunsuz dövriyyədən dəyəri 8 milyon rubldan çox olan 70 min qutu siqaret ələ keçirib.

Təqsirləndirilən şəxslərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə cinayət işi açılıb.

Hüseyn
XəzərNews.az



Xəbər 3 dəfə oxunub.
Seçilən
21
8
xezernews.az

10Mənbələr