AZ

Google Maps Meksika Körfəzinin adını Amerika Körfəzi adlandırıb

Bakı,TurkicWorld

Google, ABŞ prezidenti Donald Trampın sərəncamına uyğun olaraq Meksika Körfəzinin adını Amerika Körfəzi etdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki , Meksikadakı istifadəçilər isə bu ərazini hələ də “Meksika Körfəzi” adı ilə görəcəklər.

Belə ki, Tramp, keçən həftə vəzifəyə gəldikdən sonra verdiyi ilk sərəncamlardan birində, Floridadan Kankuna qədər uzanan ərazinin adının rəsmi olaraq dəyişdirilməsini və Şimali Amerikanın ən hündür dağlarından biri olan Alyaskadakı Denali dağının adının McKinley dağı olaraq dəyişdirilməsini nəzərdə tutmuşdu.

Bazar ertəsi günü, Google bildirib ki, region ABŞ-dakı Google Maps istifadəçiləri üçün Amerika Körfəzi kimi görsənəcək, lakin Meksikada “Meksika Körfəzi” olaraq qalacaq. Dünyanın digər hissələrindəki istifadəçilər hər iki adı görəcəklər. Şirkət, həmçinin ABŞ-dakı istifadəçilər üçün Denali dağının McKinley dağı olaraq göstəriləcəyini açıqlayıb.

Qeyd edək ki, bu ayın əvvəlində, 20 yanvarda andiçmə mərasimi ərəfəsində, Tramp Meksika Körfəzinin adını dəyişdirmək niyyətində olduğunu bəyan edərək, bunun Amerika Körfəzinin "gözəl halqası" olduğunu söyləmişdi.

Meksika prezidenti Klaudiya Şeynbaum isə , yanvarın əvvəlində Trampın açıqlamasına istehza edərək, Şimali Amerikanın adının dəyişdirilərək "Amerika Mexicana" və ya "Meksika Amerikası" olmasını təklif edib, çünki Meksika Konstitusiyasından əvvəlki 1814-cü il təsis sənədində belə qeyd edilmişdi.

Seçilən
8
3
turkic.world

4Mənbələr