İrandan Fransaya uçan təyyarə reysi təxirə salınıb.
“Report” xəbər verir ki, məlumatı İSNA yayıb.
Bildirilib ki, “Iran Airtour” şirkəti yanvarın 31-də Tehrandan Parisə ilk birbaşa aviareysini reallaşdırmalı idi. Ancaq Fransa bu reysi təxirə salıb.
Parisdən uçuşun təxirə salınmasının səbəbi açıqlanmayıb.