Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Fikrimcə, bələdiyyələrin ölkədə idarəetmə sistemində yerinin möhkəmləndirilməsi və gücləndirilməsi birinci növbədə bələdiyyə üzvü olan insanların özlərinin problemi olmalıdır və onlar hamıdan daha çox mərkəzi və yerli hakimiyyət orqanlarından da üstün dərəcədə öz nüfuzlarının qayğılarına qalmalıdırlar. Bələdiyyələr həqiqətən yerli özünüidarədə bir nömrəli fəal struktura çevrilməsi və səlahiyyətlərini ictimaiyyətin hiss edəcəyi səviyyədə həyata keçirilməsinə nail olunması üçün çalışmalıdırlar. Nüfuzsuz bələdiyyənin üzvü olmaq, hətta onun sədri olmaq belə insanlara nə verir, bunu anlamaq çətindir. İstər bələdiyyələrin sıravi üzv olsun, istər sədri olsun, birinci növbədə nüfuzlu bələdiyyənin təmsilçisi olduqlarını göstərmək üçün fəaliyyət göstərməlidirlər. Ona görə ki, nüfuzsuz bələdiyyənin nə üzvü, nə də sədri olmağa dəyməz. Buna görə növbəti bələdiyyə korpusunun bunu özü üçün ciddi bir məsələyə çevirəcəyini gözləyirəm. Fikrimcə, 99-cu ildən indiyə qədər Azərbaycanda bələdiyyə konsepsiyasının, bələdiyyə praktikasının inkişaf dinamikası lazımi səviyyədə təhlil olunmalıdır. 99-dan indiyə qədər bələdiyyələr necə bir yol keçdilər, buna inkişaf yolu demək olar, olmaz, bələdiyyələrdə ictimaiyyətin fəallıq dərəcəsinin müqayisəsi aparılmalıdır. İnsanların ildən ilə bələdiyyə seçkilərində iştirak aktivliyi artıb, ya azalıb, onun azalmasına hansı amillər təsir edib, çoxalmasına hansı amillər təsir edib? Bax, bütün bunlar mənə elə gəlir ki, müəyyən rəsmi səviyyələrdə təhlil olunmalıdır ki, bələdiyyələrlə bağlı daha aydın və perspektivli bir strategiya əldə etmək mümkün olsun.
Bələdiyyələr çox vacib bir strukturdur, amma bu şərtlə ki, işlək orqanlar olsun, onların varlığı təmsil etdikləri ərazidə görsənməlidir. Əhalinin sosial-iqtisadi məsələlərin həllində iştirakının aktivləşdirilməsi, yaşıllaşdırma zonalarının yaradılması, müəyyən bələdiyyə infrastrukturlarının yaradılması, müəyyən bələdiyyə sosial infrastrukturların qurulması, məktəblər, tibbi yardım nöqtələrinin qurulması və dünyanın ən məşhur və qabaqcıl bələdiyyələri ilə iş birliyinin qurulması fikri də çox vacib olmalıdır.
Gözləntilərdən biri məhz bələdiyyələrdən bu istiqamətdə özünü göstərməkdir ki, heç olmasa türk dünyasındakı məşhur bələdiyyələrlə iş birliyi qurulsun və müqayisə prosesində Azərbaycan bələdiyyələrinin nə etməli olduqları özünü aydın şəkildə göstərsin. Mən inanıram ki, Azərbaycanda çox yaxşı fəal və yaradıcı bələdiyyə sədrləri ola bilər, onlar yetişə bilər, bəlkə də yetişiblər. Bax, bunların fəaliyyətinin ictimaiyyət tərəfindən görülməsi, qiymətləndirilməsi indi çox vacib məsələdir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta