AZ

Nizami rayonunda küçəyə şəhid Kənan Süleymanlının adı verilib - FOTOLAR

 Bakının Nizami rayonunda yerləşən küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Kənan Süleymanlının adı verilib. Şəhidin doğum günündə küçənin açılışı olub. 

Missiya.Az xəbər verir ki, tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və ziyalılar iştirak ediblər. 

Açılış mərasimində İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin döyüş yolu və göstərdiyi şücaətdən danışıb və digər tədbir iştirakçıları şəhid haqqında xatirələrini bölüşüblər. 

Şəhidin yaxınları da göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

Sonda şəhidin adı yazılan lövhə küçəyə vurulub. 

Qeyd edək ki, Kənan Süleymanlı 09 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
6
missiya.az

1Mənbələr