AZ

Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı

Tbilisi Brüssel bürokratiyasına sərt zərbə vurdu. Ölkənin daxiliişlərinə misli görünməmiş müdaxiləyə, təzyiqlərə və hədələrəbaxmayaraq, Gürcüstan suverenliyini və milli ləyaqətini qorumağıüstün tutdu. Avropa Şurasının ultimatumu qarşısında Gürcüstannümayəndə heyətinin Parlament Assambleyasında (AŞPA) iştirakınıdayandırması qərarı prinsipial bir mövqenin ifadəsi oldu.

Bu nümayişkaranə və prinsipial addım Avropaya ciddi birmesajdır. Brüssel postsovet məkanındakı ölkələrə saxta“demokratiya” şüarları və psevdoliberal söz yığınları sousu altındaöz iradəsini diktə etməyə öyrəşmişdi. Fəqət indi reallıq dəyişib:Gürcüstan xarici təzyiqlərə və həyasız şantaj cəhdlərinə razılaşmaqniyyətində deyil.

AŞPA-nın qərarı açıq şəkildə təxribatçı sayıla bilər.“Demokratiyanın müdafiəsi” adı altında Assambleya Gürcüstanaaşağılayıcı, ultimativ tələblər irəli sürdü: beynəlxalq nəzarətaltında növbədənkənar parlament seçkilərinin keçirilməsi,aralarında Cinayət Məcəlləsi ilə məhkum olunmuş şəxslərin də olduğu“siyasi məhbusların” azad edilməsi, Qərbin sərt tənqidinə tuş gələn“Xarici təsirin şəffaflığı haqqında” qanundan imtina edilməsi vəGürcüstan nümayəndə heyətinin AŞPA-dakı səlahiyyətlərininməhdudlaşdırılması, onların əsas komitələrdə və müşahidəmissiyalarında iştirakına qadağa qoyulması.

Yəni AŞPA deputatlarının fikrincə, "banan respublikası" hesabetdikləri Gürcüstanın hakimiyyət dairələri bu təhqiramiz şərtləritam yerinə yetirməli, daha sonra isə mütiliklə və sükutlabarələrindəki "son qərar"ı gözləməlidirlər.

AŞPA-nın qətnaməsi siyasi mənəviyyatsızlıq və əxlaqsızlıqnümunəsidir məhz bu səbəbdən.

Əslində, sənəd həm də açıq siyasi şantaj idi və məqsəd Tbilisidətamamilə Brüsselə sadiq bir hakimiyyət formalaşdırmaq idi.

Di gəl, rəsmi Tbilisinin AŞPA həyasızlığına cavabı çox sərtoldu.

Gürcü nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani bəyan etdi:“Səlahiyyətlərimiz formal olaraq təsdiq olunsa da, bu gündənetibarən Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq”. O,açıq şəkildə bildirdi ki, AŞPA Gürcüstana öz iradəsini zorla qəbuletdirməyə çalışdığı müddətcə, bu qurumda iştirak mənasızdır.

Baş nazir İrakli Kobaxidze isə Avropa bürokratiyasının çətinvəziyyətə düşdüyünü vurğuladı: “Bir tərəfdən onlar bizim nümayəndəheyətimizi tam inkar edə bilmədilər, digər tərəfdən isəqəbuledilməz şərtlər irəli sürdülər. Bizsə seçimimizi etdik”.

AŞPA-nın qərarı bir çox suallar doğurur.

Bəs yaxşı, Avropa İttifaqı ölkələrində vətəndaşların dinc etirazaksiyaları qəddarcasına, amansızlıqla dağıdılır - hanı o"demokratiya prinsipləri"?

Niyə AŞPA Fransada baş verən seçki pozuntularına və prezidentEmmanuel Makron administrasiyasının aşkar saxtakarlıqlarına rəğmən,bu ölkədə yeni seçkilərin keçirilməsini tələb etmir? Niyə 2019-cuildə Ukraynada müxalifət nümayəndələrinin həbs olunmasına və siyasitəzyiqlərə baxmayaraq, Avropa həmin seçkiləri dərhal tanıdı?

Cavab aydındır: məsələ demokratiyada deyil. Qərb uzun illərdirsınaqdan çıxardığı bir ssenari üzrə hərəkət edir - yalnız Brüsseləsərf edən seçkiləri tanıyır, nəticələri uyğun gəlmədikdə isə təzyiqvə şantaja əl atır.

Fəqət Gürcüstan nə 2014-cü ilin Ukraynasıdır, nə də 2020-ci ilinBelarusu. Tbilisi aydın şəkildə bildirdi: ölkə xarici qüvvələringeosiyasi oyunlarında fiqur olmayacaq.

Gürcüstanın AŞPA-dakı fəaliyyətini dayandırmaq qərarı təkcəsiyasi müstəqilliyin nümayişi deyil, həm də bütün regiona ciddisiqnaldır. Qərb artıq cəzasız şəkildə öz iradəsini diqtə edəbilməz. Avropa Şurası kimi "diri ikən ölü" strukturlar vasitəsilətəzyiq göstərmək artıq əvvəlki qədər effektiv deyil.

Bu addım həm də Gürcüstanın öz gücünə inamının artdığınıgöstərir. Ölkə Avropa ilə dialoqdan imtina etmir, lakin bu dialoqunbərabərhüquqlu olmalı olduğunu açıq bildirir.

Avropanın başabəla "siyasi elitası"nın əsas fiqurları çox qəlizvəziyyətdədir.

Onların Gürcüstana xarici idarəçilik modelini zorla qəbuletdirmək cəhdi uğursuzluğa düçar oldu. İndi Brüsselin qarşısındayeni bir sual dayanır: ya Tbilisinin müstəqil siyasət aparmaqhüququnu qəbul etməli, ya da təzyiqi davam etdirərək Gürcüstanüzərindəki təsirini tamamilə itirmək riski ilə üzləşməlidir.

Qardaş gürcü xalqı seçimini etdi. İndi isə məsələ Avropanın buseçimlə barışıb-barışmayacağındadır. Gürcüstan artıq manipulyasiyaobyektinə çevrilmək istəmir. AŞPA Gürcüstandan seçkiləri yenidənkeçirməyi, “siyasi məhbusları” azad etməyi və “Xarici təsirinşəffaflığı haqqında” qanunu ləğv etməyi tələb edərək ultimatuma əlatdı. Ancaq Gürcüstan rəhbərliyi bu şantaja tabe olmadı. Brüsselhesab edirdi ki, Tbilisi təzyiqə dözməyəcək, amma Gürcüstangözlənilməz bir şəkildə müqavimət göstərdi və Avropaya meydanoxudu. İndi əsas sual budur: Qərb bu reallıqla necə barışacaq?

Rəsmi Tbilisi açıq şəkildə bəyan edir ki, Avropa ölkənin daxilisiyasi proseslərinə müdaxilə etmək, qanunvericiliyindəyişdirilməsini və növbədənkənar seçkilərin keçirilməsini tələbetmək hüququna malik deyil. Gürcüstan öz suverenliyini qorumaqdaisrarlıdır və xarici təzyiqlərə boyun əyməyəcək.

Avropa İttifaqı artıq gürcü məmurlarının vizasız səyahətimkanlarını məhdudlaşdırmağa başlasa da Tbilisi yeni sanksiyalartəhdidi qarşısında geri çəkilmək fikrində deyil. Gürcüstanın əsasarqumentlərindən biri isə “Xarici təsirin şəffaflığı haqqında”qanunun müdafiəsidir. Bu qanun xarici agentlərin gizlimaliyyələşdirilməsinin qarşısını almağa yönəlib. Qərb bu qanunu“Rusiyanın analoqu” adlandırsa belə, Gürcüstan bu məsələdəprinsipial mövqedə qalır.

Tbilisinin indiki anda geri çəkilməsi təhlükəli presedent yaradabilər. Bəli, məhz belə: "iştah diş altındadır" deyiminiunutmayaq.

AŞPA indi Gürcüstandan növbədənkənar seçkilər keçirməyi tələbedir, sabah isə Avropa yeni və daha ağır şərtlər irəli sürərəkhökumətin dəyişdirilməsini və ölkənin geosiyasi kursunun yenidənformalaşdırılmasını istəyə bilər. Gürcüstanın qərarı Brüsselintətbiq etdiyi məcburedici metodlara qarşı prinsipial etirazdır.Bununla belə, Gürcüstan Avropa Şurasından çıxmır, sadəcə AŞPA-dakıfəaliyyətini dayandırır.

AŞPA iddia edir ki, Gürcüstana qarşı tətbiq olunan tələblərdemokratiyanın gücləndirilməsi məqsədi daşıyır. Lakin Tbilisidə vəölkə daxilində bu, açıq təzyiq və xarici müdaxilə kimiqiymətləndirilir.

2024-cü il dekabrın 14-də keçirilən prezident seçkilərində qalibgələn Mixail Kavelaşvilinin qələbəsi müxalifətin etirazlarına səbəboldu. Lakin müxalifətin real ictimai dəstəyi sual altındadır vəetirazların baş verməsi seçkilərin yenidən keçirilməsi üçün əsassayıla bilməz.

Avropa “siyasi məhbusların” azad edilməsini tələb edir, lakinGürcüstan hakimiyyəti bu şəxslərin konkret cinayət işləri üzrəməhkum olunduğunu bildirir. Qərb isə “siyasi məhbus” mövzusunumüxtəlif ölkələrə təzyiq göstərmək üçün siyasi alət kimi istifadəedir.

Gürcüstan suveren dövlətdir və onun qanuni şəkildə seçilmişhökumətinə təzyiq göstərmək beynəlxalq hüququn prinsiplərinəziddir. Əgər Avropa həqiqətən dialoq aparmaq istəyirsə, o zamanultimatum siyasətindən əl çəkməlidir.

Tbilisinin qərarının nəticələri: kim daha çox itirir?

Gürcüstan üçün bu, Aİ ilə münasibətlərin daha dagərginləşməsidir. Brüssel Gürcüstana qarşı yeni sanksiyalar tətbiqedə və maliyyə dəstəyini məhdudlaşdıra bilər. Bundan başqa,diplomatik imkanların azalması ehtimalını da gözardı etməyək. AŞPAmühüm beynəlxalq platforma idi və bu təşkilatın boykotu Gürcüstanındiplomatik təsir imkanlarını azalda bilər. Və ən nəhayət, Avropanıntəzyiq siyasəti Gürcüstanda Qərbə qarşı skeptik baxışlarınartmasına səbəb ola bilər.

Avropa və AŞPA üçünsə mənhus qətnamə postsovet məkanında nüfuzunzəifləməsi ilə sonuclanacaq. Gürcüstan AŞPA-nı tərk edən ilk ölkəkimi tarixə düşdü. Bu, digər region ölkələrinə də nümunə ola bilər.Üstəlik, Aİ-nin nüfuhuna artıq zərbə dəyib. Əgər Brüssel siyasiqərarlarını sanksiyalar və təzyiqlər vasitəsilə qəbul etdirməyədavam edərsə, onun “demokratiyanın əsas arbitri” imici ciddişəkildə zədələnəcək.

2008-ci ildən bəri Gürcüstan Avropaya inteqrasiyanı əsas xaricisiyasət prioriteti kimi elan edib. Ancaq son illərdə Aİ iləmünasibətlərdə gərginlik artmaqdadır. Avropanın Gürcüstan üzərindəartan təzyiqi ölkə daxilində antizapad əhval-ruhiyyəsiningüclənməsinə gətirib çıxarıb. Bu vəziyyətdə Moskva regiondatəsirini artırmaq üçün yeni fürsət əldə edir. Gürcüstan siyasiməsələlərdə Rusiya ilə razılaşmasa da, iqtisadi əlaqələr davamedir. Əgər Avropa təzyiq siyasətini gücləndirsə, Tbilisi neytral vəya hətta praqmatik şəkildə Rusiyaya yaxınlaşan kurs seçə bilər.

Gürcüstanın AŞPA-dan çıxması bir dövrün sonu deməkdir. Qərbdemokratiya şüarları altında Gürcüstana diktə etməyə çalışdı, lakinTbilisi geri çəkilməkdən imtina etdi. İndi əsas sual budur: Avropabu reallıqla necə barışacaq?

Gürcüstanın AŞPA-dakı fəaliyyətini dayandırmaq qərarı sadəcənümayişkaranə bir addım deyil, bu, eyni zamanda Avropanın təzyiqmexanizminə vurulan ciddi zərbədir. Qərb güclü müqavimətləqarşılaşdı və indi əsas sual budur: Avropa buna necə cavabverəcək?

Brüssel əvvəlki kimi ultimatumlar və sanksiyalar yolunu davametdirəcəkmi? Yoxsa Gürcüstanla münasibətlərdə diktat dövrünün başaçatdığını qəbul etməli olacaq? Bir şey dəqiqdir: Tbilisi artıq özseçimini edib. İndi növbə Avropanındır.

İndi bütün dünya Avropanın bu çağırışa necə cavab verəcəyiniizləyir. Amma bir həqiqət dəyişməzdir: Gürcüstan geri addım atmadı,AŞPA isə öz təsir imkanlarının effektiv olmadığını nümayişetdirdi.

Tbilisi açıq şəkildə bildirdi ki, Avropa Şurasından çıxmaqniyyətində deyil, lakin Parlament Assambleyasının fəaliyyətindəntamamilə uzaqlaşır. Bu isə o deməkdir ki, Gürcüstana qarşıgöstərilən təzyiq gözlənilən nəticəni vermədi və AŞPA özü alçaldıcıbir duruma düşdü.

Avropa elitaları məğlubiyyəti qəbul etməyə öyrəşməyib, buna görədə aprel ayında AŞPA Gürcüstana yenidən təzyiq göstərməyə cəhd edəbilər. Ola bilsin ki, yeni sanksiyalar paketi təklif olunsun və yadaha sərt tələblər irəli sürülsün. Gürcüstanın AŞPA-dan imtinası butəşkilatın əsas təzyiq alətini - beynəlxalq platformalar vasitəsiləgürcü deputatlarına təsir imkanını əlindən alır.

Avropa artıq bəzi gürcü məmurlarına qarşı sanksiyalar tətbiqedib, lakin onların real təsiri demək olar ki, yoxdur. BrüsselGürcüstana maliyyə məhdudiyyətləri tətbiq etməklə hədələyə bilər,lakin Gürcüstanın iqtisadiyyatı kifayət qədər diversifikasiyalıdırvə Avropa dotasiyalarına kritik dərəcədə bağlı deyil. Avropanın hərhansı bir sərt addımı Tbilisini daha da uzaqlaşdıracaq və onuTürkiyə, Çin və Fars Körfəzi ölkələri kimi alternativ tərəfdaşlarlaəlaqələri gücləndirməyə sövq edəcək.

... Əslində, AŞPA-nın qərarı Gürcüstana heç bir ziyan vurmadı.Əksinə, bu, Tbilisiyə öz suverenliyini ucadan bəyan etmək fürsətiverdi. Avropa ümid edirdi ki, Gürcüstan təzyiq qarşısında geriçəkiləcək, lakin bunun əvəzinə sərt cavab aldı.

İndisə Brüssel çox çətin suala cavab tapmalıdır: GürcüstanAvropanın oyun qaydalarına riayət etməkdən imtina edirsə, Aİ nəedəcək?

Avropa uzun müddət postsovet ölkələrinin onun diktəsi iləhərəkət etməsinə öyrəşmişdi. Lakin Gürcüstan göstərdi ki, kənardanasanlıqla idarə olunan bir ərazi deyil və olmayacaq da.

İndi seçim Brüsselin qarşısındadır. Ya o, Gürcüstana təzyiqgöstərməyə davam edərək, onu tamamilə itirmək riski ilə üzləşəcək,ya da reallığı qəbul edəcək ki, Şərqi Avropada qeyd-şərtsiz nəzarətdövrü artıq sona çatır.

Bu qədər bəsit...

Seçilən
7
3
az.trend.az

4Mənbələr