Çin şirkətləri “Volkswagen” qrupunun (VW) Avropada bağlanan zavodlarına maraq göstərir.
Avtosfer.az xəbər verir ki, məlumatı “Reuters” agentliyi yayıb. Bildirilir ki, çinlilər artıq Almaniya və Belçikadakı zavodlara baş çəkiblər. Çinlilərin məqsədi Avropada birgə müəsisə açaraq gömrük tariflərindən yayınmaqdır. Həm də, bu zavodları 100-300 milyon avroya almaq mümkündür. Bu da çinli investorlar üçün kifayət qədər ucuz məbləğdir. Amma məsələnin başqa tərəfləri də var.
Çinlilər Almaniyada bir çox sahəyə sərmayə qoysalar da, avtomobil sahəsinə hələ ki, girişməyiblər. Lakin bu, çox da ciddi problem deyil. Əsas məsələ də bu deyil.
Əsas məsələ həmkarlar təşkilatlarıdır. Almaniyada bu struktur çox ciddi nüfuza malikdir və müəsisələrin rəhbərliyinə ciddi təsir göstərə bilir. Onların başqa ölkələrdəki kimi pulla alınması da real görünmür. Həmkarlar satışa qarşı olmasa da, indidən ixtisarlar olmayacağı və əmək hüquqlarının pozulmayacağına dair zəmanət tələb edirlər.
Vüqar