AZ

ABŞ-dan Rusiyaya silah daşıyan qrup ələ keçdiVİDEO

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları ölkə ərazisi vasitəsilə ABŞ-dan Rusiyaya odlu silah tədarük edən cinayətkar qrupun fəaliyyətinin qarşısını alıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.

 

“Komitə ABŞ-Qırğızıstan-Rusiya marşrutu üzrə odlu silah, sursat və hərbi texnikanın qanunsuz dövriyyəsi və qaçaqmalçılığı üçün sabit kanal yaradan transmilli qrupun cinayətkar fəaliyyətini müəyyən edib və dayandırıb. 2022-ci ildən bu günə qədər onlar Qırğızıstan vasitəsilə Rusiyaya 300-dən çox odlu silah daşıyıb, əsas müştəriləri də cinayətkarlardır. Cinayətkar qrupa ABŞ, Rusiya və Qırğızıstan vətəndaşları daxildir. Onların sayı, adları və soyadları hələlik istintaqın maraqları baxımından açıqlanmır”, - məlumatda deyilib.


Seçilən
1
2
senzor.az

3Mənbələr