Abşeron Rayon İcra Hakimiyyəti (RİH) Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin vergiyə külli miqdarda borcu var. İcra hakimiyyətinin bu qurumunun vergiyə 270 min manat borcu yaranıb və uzun müddətdir ödənilmir.İcra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat-istismarı Təmiri Birliyinin İxtisaslaşdırılmış Təmir Abadlıq İdarəsinin də vergiyə 8500 manat borcu yaranıb.Adı çəkilən hər iki qurum vergi öhdəlikləri üzrə bəyannamələri vaxtında təqdim etməməyə görə də bir neçə dəfə cərimələniblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta