AZ

Bakıdakı “Böyük Dəbilqə” yarışında 37 ölkə qeydiyyatdan keçib

Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin Təşkilat Komitəsinə komandalardan iştirakla bağlı müraciətlər gəlməkdə davam edir.

İdman.biz xəbər verir ki, fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək reytinq turnirində 37 ölkədən cüdoçular qeydiyyatdan keçib.

Onlar dörd qitəni təmsil edirlər.

Hələlik ən böyük heyət Özbəkistan komandasındadır - 20 idmançı. Yaponiya 19, Braziliya və Almaniya isə hərəyə 13 cüdoçu ilə gələcəklər.

İdman.biz

Seçilən
1
idman.biz

1Mənbələr