Azərbaycan həndbol yığmasının sabiq üzvü İranə Yaqubova narkotik vasitələrdən istifadə edirmiş.
Paylaşımda “Azəryol” və ABU klublarında çıxış etmiş həndbolçu özü danışıb və narkotik vasitələrdən əziyyət çəkdiyini etiraf edib: “Mən necə düşmüşəm, bilmirəm. Hərdən özümə oturub baxanda deyirəm ki, İranə, sən nə günə düşmüsən? Belə olmamalı idin. İdmana qayıtmaq istəyirəm. Yuxuda da görürəm ki, idmana qayıdıram, məşq edirəm, qollar vururam”.