AZ

İsveçdə Quranı yandıran məşhur şəxs güllələnib

Onun işi üzrə hökm bu gün çıxarılmalı idi.

QHT.az xəbər verir ki, Quranı yandırmaq və İslam əleyhinə aksiyalarda iştirak etməklə tanınan iraqlı fəal Salvan Momika İsveçdə güllələnib. Qətl “etnik və ya milli qrupa qarşı ajiotaj” işi üzrə hökm çıxarılmadan bir neçə saat əvvəl baş verib. Stokholm Rayon Məhkəməsi müttəhimin güllələndiyini təsdiqləyib və iclas bazar ertəsinə təxirə salınıb. 38 yaşlı fəal atışma zamanı öldürülüb. Qətldən bir müddət əvvəl o, TikTok-da canlı yayım edib. Stokholm polisi yanvarın 29-da axşam saatlarında güllə yarası almış bir adam tapdıqlarını bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 5 nəfəri saxlayıb.

İsveçdə Quranın yandırılması işi ilə bağlı ikinci müttəhim X mikrobloqunda onun da öldürülə biləcəyini yazıb: “Növbəti mənəm”. Xatırladaq ki, yayda Momika Stokholmda məscid qarşısında Quranı yandırmışdı. Bu hərəkət müsəlman dünyasında geniş hiddət doğurmuşdu. KİV-in məlumatına görə, o, 2018-ci ildə İsveçə gəlib və müvəqqəti yaşamaq icazəsinə malik olub.

 

R.İmanov

 

Seçilən
5
qht.az

1Mənbələr