AZ

Elektron Təhlükəsizlik Xidmətindən “Telegram” platformasında fişinq hücumlarının artması ilə bağlı XƏBƏRDARLIQ

Bakı. Trend:

Son zamanlar kiberdələduzlar ələ keçirdikləri “Telegram”hesabları vasitəsilə platforma istifadəçilərinə saxtakampaniyalarda iştiraka dair mesajlar göndərirlər.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətiməlumat yayıb.

Bu mesajlarda saxta “Telegram” giriş keçidləri qeyd olunur.İstifadəçi bu keçidə daxil olub nömrəsini qeyd etdikdə, başqacihazdan hesabına girişə aid bildiriş (kod) alır. Dələduzlarmanipulyasiya yolu ilə bu kodları əldə edərək hesabları ələkeçirirlər.

Qeyd edək ki, ələ keçirilən hesablar vasitəsilə istifadəçilərinyaxınlarına da analoji fişinq mesajları göndərilərək dələduzluqhalları davam etdirilir.

Təhlükəsizliyiniz üçün aşağıdakı tədbirləri görməyitövsiyə edirik:

1.Şübhəli linklərə və QR kodlara daxil olmayın.

2."Telegram"a yalnız rəsmi veb-sayt (https://web.telegram.org)və ya mobil tətbiqlər vasitəsilə daxil olun.

3. Təhlükəsizlik parametrlərində ikimərhələli təsdiqləməni (2FA)aktiv edin.

4.Hesabınızın aktiv olduğu cihazları mütəmadi yoxlayın vətanımadığınız cihazlardan çıxış edin.

Seçilən
8
2
az.trend.az

4Mənbələr