AZ

“Sağlam doğuşlar üçün həkimlərə bonuslar veriləcək”

“Məqsədimiz xidmətlər zərfində olan 35 ilkin tibbi xidməti yaxın 5 ildə 150-yə çatdırmaqdır”.
Tribunainfo.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev Milli Məclisdə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə bildirib.

“Bərdədə tətbiq olunan pilot layihədə bu xidmətlərin sayı 83-ə çatdırılacaq. Bu il Bərdədə pilot qaydada ana-uşaq sağlamlığı ilə bağlı bonusların verilməsinə başlanılması nəzərdə tutulub. Bunun üçün həkimlərə motivasiya verilməsi düşünülür. Hamilə qadınların qeydiyyatı, sağlam doğuşunun həyata keçirilməsi üçün həkimlərə bonuslar veriləcək”.

Seçilən
13
19
tribunainfo.az

10Mənbələr