AZ

İsrail fələstinli məhbusların azad edilməsini dayandırdı


İsrail hakimiyyəti HƏMAS əsirliyindən israilli girovların qaytarılması prosesinin təşkilinə etiraz olaraq fələstinli məhbusların azad edilməsini dayandırmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” ölkənin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, Fələstinli məhbusların azadlığa buraxılması növbəti girov qruplarının təhlükəsiz şəraitdə azad ediləcəyinə dair zəmanət alınana qədər təxirə salınıb:
“İsrail vasitəçilərdən buna nail olmağı tələb edir”.
Qeyd edilib ki, proses dayandırılarkən fələstinli məhbuslar artıq avtobuslarda olub və həbsxana ərazisini tərk ediblər.
Seçilən
7
yeniavaz.com

1Mənbələr