AZ

Fəaliyyəti örnək olan Sürəyya Əlverdiyeva...

Image

Peşəkarlıq hər zaman öz sözünü deyir və öz mükəmməl izlərini buraxır. Seçki sahəsi də belədir. Burada öz işini bilən peşəkarlar olanda proses olduqca şəffaf olur, yüksək səviyyədə gedir. Biz bunu seçkiləri yaxından izləyərkən yaxından müşahidə edirik.   

Bildiyimiz kimi yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. Müstəqil dövlətimizin tarixində ilk dəfə idi ki, bələdiyyə seçkiləri suveren Azərbaycanın bütün ərazilərini əhatə etdi. Bələdiyyə seçkilərində vətəndaş fəallığı özünü göstərdi, biz bunu həmin prosesi işıqlandıran KİV-lərin təqdim etdikləri yazılardan da oxuduq, televiziyaların çəkdikləri süjetlərdən də gördük, özümüz də yaxından müşahidə etdik. 

Əlbəttə, seçkilərin uğurla nəticələnməsi seçici fəallığı, seçicilərin öz vətəndaşlıq vəzifələrinə sədaqətlə yanaşması, eyni zamanda seçki məntəqələrinə rəhbərlik edən şəxslərin, burada çalışan peşəkarların öz işlərinə həssas, dəqiq münasibəti ilə bağlıdır.

Bələdiyyə seçkiləri günü seçicilərin fəallıq göstərdiyi seçki məntəqələrindən biri də 7 saylı Səbail seçki dairəsinin 31 saylı seçki məntəqəsi oldu. Sürəyya Əlverdiyevanın sədri olduğu məntəqədə seçki prosesi yüksək peşəkarlıqla qurulmuşdu və tamamilə şəffalıq hökm sürürdü.  Seçki gününü bütün prosesə şahidlik edən bir vətəndaş kimi deyə bilərəm ki, səsvermə üçün bütün seçicilərə yüksək səviyyədə şərait yaradılmışdı. Öz işinin ustası olan Sürəyya xanım seçkinin yüksək səviyyədə keçirilməsi üçün böyük məsuliyyətlə, öz vəzifəsini yüksək səviyyədə icra etməklə çalışdı.  Deyim ki, 31 saylı məntəqəsində səsvermənin ilk saatlarından etibarən xüsusi canlanma müşahidə olundu və seçicilər böyük həvəslə məntəqəyə gəlib öz səslərini istədikləri namizədlərə verdilər.

“Könül” körpələr evi-uşaq bağçasında təşkil olunan 31 saylı seçki məntəqəsində keçirilən bələdiyyə seçkisi prosesi, səsvermə yerli media tərəfindən də işıqlandırılıb. Seçkinin gedişində Azərbaycan Televiziyası bu məntəqədən canlı reportaj verib və seçici fəallığını yüksək səviyyədə olduğunu qeyd edib. Özümüz də müşahidə etdik ki, 31 saylı seçki məntəqəsində seçki prosesi olduqca obyektiv, şəffaf təşkil olunmuşdu və burada hər şey qaydasında idi, seçicilər arasında fəallıq özünü bütün saatlarda göstərdi. 

Onu da qeyd edək ki, Sürəyya Əliverdiyeva uzun illərdir, seçki sahəsində çalışır, bu sahədə yüksək peşəkarlıq əldə edib. S.Əlverdiyeva 1993-cü ildə ölkədə keçirilən prezident seçkiləri zamanı Nəsimi-Səbail Seçki Dairəsinin seçki məntəqələrindən birində katib vəzifəsində bu sahədə fəaliyyətə başlayıb. Həmin məntəqə isə AMEA-nın Rəyasət Heyətinin binasında yerləşirmiş. Həmin seçkilərdə  Heydər Əliyev Azərbaycan Prezidenti seçilib. Dövlətinə, xalqına, ümumilli lider Heydər Əliyev yoluna daim sədaqətli olan, Prezident İlham Əliyevin siyasətini yaxından dəstəkləyən Sürəyya xanım, sonra məntəqə sədri kimi fəaliyyətini  Səbail Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində davam etdirib. “İlk dəfə 1993-cü ildə seçkidə işləməyə başlamışam. Həmin seçkidə Heydər Əliyev Prezident seçildi. 2003-cü ildə isə 19 saylı seçki məntəqəsinin sədri oldum. Həmin seçkidə də İlham Əliyev Prezident seçildi. 

Mən öz işimə həmişə məsuliyyətlə, vicdanla yanaşmışam. Çalışmışam ki, məntəqinin işində heç bir nöqsan olmasın, hər şey qaydasında olsun, proses tam şəffaf keçirilsin. Siz özünüz də seçkini yaxından izlədiniz. Seçicilər gəlib istədikləri namizədə səs verirlər. Onlar burada obyektivliyin şahidi olurlar”.  

33 ildir ki, seçki sahəsində çalışan S.Əlverdiyeva məntəqə katiblikdən məntəqə sədri vəzifəsinə yüksəlib. Onu bu pilləyə yüksəldən başlıcası peşəkarlığı, vətəndaş yanğısı, dövlətinə, xalqına sonsuz sevgisi, Prezidentin yürütdüyü siyasətə inamı və sədaqətidir. Dövlətinə, xalqına sədaqətli olan insanların ucalması, hörmət qazanması təbii haldır.   

1994-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan S.Əlverdiyeva daim 

öz işinə məsuliyyətlə, ciddiyyətlə yanaşıb və bununla da böyük rəğbət qazanıb. Sürəyya xanımı obyektiv bir məntəqə sədri kimi ərazidəki bütün seçicilər çox yaxşı tanıyır, rayon ictimaiyyəti ona xüsusi rəğbət bəsləyir. O, həm də Səbail rayonun ictimai fəallarındandır, rayonun ictimai həyatında yaxından iştirak edir. 

Sürəyya xanımın özü kimi rəhbərlik etdiyi kollektiv də öz işinə yüksək peşəkarlıqla yanaşdı. Biz burda 31 saylı seçki məntəqəsinin katibi, “Könül” körpələr evi-uşaq bağçasının müdiri Yasəmən İsmayılovanın da rolunu qeyd etməliyik. Yasəmən xanımın da seçicilərlə davranışı, peşəkarlığı qeyd olunmalıdır.

Bir sözlə, Sürəyya xanımın rəhbərlik etdiyi bu məntəqənin bütün kollektivi əlindən gələni etdi ki, seçki obyektiv, şəffaf keçirilsin və hər bir seçicinin səsvermədə iştirakı təmin olunsun. Elə də oldu. S.Əlverdiyevanın bu prosesə peşəkar yanaşmasının nəticəsidir ki, bu məntəqə daim diqqət mərkəzindədir, həm Prezident, həm parlament seçkilərində bu məntəqəyə xarici nümayəndələr, müşahidəçilər, media mənsubları  gəlir və prosesin yüksək səviyyədə təşkil edildiyini gözləri ilə görürlər, buna görə də məntəqə sədrinə, kollektiv üzvlərinə minnətdarlıq edirlər. Məsələn, növbədənkənar prezident seçkilərində məntəqənin qonağı olan qardaş Türkiyənin “Atatürk” Partiyasının rəhbəri Sürəyya xanımın işini yüksək qiymətləndirirdi, həmin gün 31 saylı seçki məntəqəsinin fəaliyyəti “Samanyolu” televiziya kanalında da yayımlanmışdı.  

Bir sözlə, S.Əlverdiyeva o məntəqə sədrlərindəndir ki, nəinki Səbail rayonunda, eləcə də paytaxtda, respublikanın hər yerində nümunə göstərilir, fəaliyyəti bir örnək kimi göz önündədir.  

Leyla QARAXANLI





Seçilən
4
baki-xeber.com

1Mənbələr