Bakı. Trend:
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Trend xəbər verir ki,toplantının gündəliyinə 2025-ci il yanvarın 29-da keçirilənbələdiyyə seçkiləri ilə əlaqədar Komissiyaya ünvanlananmüraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.
Əvvəlcə Komissiyanın katibi Arifə Muxtarova məsələ ilə bağlıməlumat verib.
Daha sonra 72 saylı Cəlilabad kənd, eləcə də 115 saylı Şəki kəndseçki dairələri üzrə Komissiyaya daxil olmuş müraciətlərəbaxılıb.
MSK-nın qərarına əsasən, daxil olmuş müraciətlər SeçkiMəcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılması üçünmüvafiq dairə seçki komissiyalarına göndərilib.
Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyəseçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumataəsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndanistifadə edib, seçici fəallığı 31,45 % olub.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxiledilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıyadaxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçkikomissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000seçki məntəqəsində veb-kameralar quraşdırılıb.