AZ

Rusiyada Çubaysın keçmiş müavinləri saxlanılıb

Rusiya Federasiyası baş nazirinin müavini və “Rusnano”nun keçmiş Anatoli Çubaysın müavinləri Moskvada saxlanılıblar.

SİA-nın məlumatına görə, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar.

“VChK-OGPU” teleqram kanalının müəlliflərinin bildirdiyinə görə, dövlət korporasiyasının keçmiş top-menecerlərinin axtarışları dünən və bu gün vəzifə səlahiyyətlərindən sui-istifadə (Cinayət Məcəlləsinin 285-ci maddəsi) işi ilə bağlı aparılıb.

Dörd nəfərin saxlanıldığı iddia edilsə də, hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumuna başlayandan sonra Çubays ölkəni tərk edib.

Putin çıxışlarının birində keçmiş məmurun adını çəkib və onun Rusiyanı niyə tərk etdiyini başa düşməyib.

O, səbəb kimi Çubaysın rəhbərlik etdiyi “Rusnano”nun ağır maliyyə vəziyyəti olduğunu irəli sürüb.

...Orada böyük bir dəlik var, böyük maliyyə dəliyi. Amma Allaha şükürlər olsun ki, orada nə cinayət işi, nə də təqiblər var.Ola bilsin ki, bu, onun cinayət işlərindən qorxması ilə bağlıdır.

Putin bunu 2023-cü ildə deyib.

O, həmçinin bildirib ki, Çubays İsraildə “hətta yerin altına düşüb”. “Anatoli Borisoviçin nədənsə orada gizlənməsi faktı...İnternetdən mənə bir fotoşəkil göstərdilər ki, o, artıq Anatoli Borisoviç Çubays deyil, Moşe İzraileviçdir, orada bir növ insan yaşayır. Niyə bunu edir? Mən başa düşmürəm. O, niyə qaçdı?

Bunlar Putinin dedikləridir.

Əli Babayev

Seçilən
2
sia.az

1Mənbələr