AZ

Azərbaycanlı milyarderi “batırmaq” istəyən iş adamı saxlanıldı

Rusiya Futbol Federasiyasının keçmiş vitse-prezidenti və “Fonbet” bukmeker şirkətinin baş direktoru Sergey Anoxin saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, onun dostu olan “Ximki” futbol klubunun investoru, azərbaycanlı milyarder Tufan Sadıqovun işlərini alt-üst etməyə çalışdığı qeyd olunur. Belə ki, Anoxin Sadıqovun işlərinin pozulması üçün paytaxtın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşına 50 milyon rubl rüşvət verib.

Sadıqov isə xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunaraq, ötən ilin dekabrın saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl isə o, ev dustaqlığından da azadlığa buraxılıb.

Seçilən
6
azpost.info

1Mənbələr