Bakı. Trend:
Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlətsərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun18- ci km) avtomobil yolu tikiləcək və istismara veriləcək.
Trend xəbər verir ki, bu barədə Prezident İlhamƏliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdənəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cuillər üçün Dövlət Proqramı"nda deyilir.
Dövlət Proqramına əsasən, 2025−2026-cı illər ərzində buistiqamətdə layihələndirmə sənədləri hazırlanacaq vərazılaşdırılacaq, avtomobil yolu tikiləcək, avtomobil yoluistismara veriləcək.