AZ

Əmircan qəsəbəsində dəmir yolu keçidinə beton daşların qoyulması gediş-gəlişə mane olur - ŞİKAYƏT VİDEO

Nə xüsusi nişan var, nə də şlaqbaum… Əvəzində isə dəmir yolu keçidinə 6 ildən çoxdur ki, beton daşlar qoyulub...

Xezerxeber.az xəbər verir ki, söhbət Suraxanı rayonu, Əmircan qəsəbəsindən gedir. Sakinlər bildiriblər ki, keçidə beton daşların qoyulması gediş-gəlişə mane olur, nəqliyyatın hərəkətini məhdudlaşdırır.

46 min nəfərdən çox sakini olan Əmircan qəsəbəsindəki  əvvəl yol açıq olduğundan gediş-gəliş rahat idi. Sonradan əraziyə beton daşlar gətirilib.

“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən sakinlər deyir ki, illərdi bu problemin aradan qaldırması üçün aidiyyatı qurumlara müraciət etsələr də nəticəsi olmayıb.

Sakinlər deyir ki, dəmir yolunda  hərəkət intensivliyi yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
20
xezerxeber.az

1Mənbələr