Rusiya pilotsuz təyyarəsinin Sumidə çoxmərtəbəli binaya endirdiyi zərbə nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Dövlət Fövqəladə Hallar Xidmətinin Sumı vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, xilasedicilər daha bir nəfərin cəsədini evin dağıntıları altından çıxarıblar.
O qeyd olunub ki, saat 17:00-a olan məlumata görə, biri uşaq olmaqla 13 nəfər xəsarət alıb. Fövqəladə xilasetmə işləri davam edir.
//Samir Qurbanov, Editor.az