AZ

Nikol Paşinyan Gürcüstanın baş naziri ilə Azərbaycandan danışdı

Ermənistan hökuməti Azərbaycanla sülh gündəmini irəli sürməyə sadiqdir. Bu bəyanatla ölkənin baş naziri Nikol Paşinyan çıxış edib.

Editor.az xəbər verir ki, yanvarın 30-da Gürcüstanın baş naziri ilə birgə keçirdiyi brifinqdə o, respublikanın bu istiqamətdə səylərini davam etdirəcəyini vurğulayıb. Paşinyan həmçinin bildirib ki, İrəvan Bakıya sülh müqaviləsi bağlamaq üçün təkliflər verib. “Ermənistan tərəfləri narahat edən bütün məsələlər üzrə çox konkret təkliflər və həll yolları təqdim edib və Azərbaycandan konstruktiv cavab gözləyir. Mən bir daha təsdiq edirəm ki, Ermənistan hökuməti sülh gündəliyinin irəliləməsinə sadiqdir və bu istiqamətdə fəal səylərini davam etdirəcək”, – Ermənistan Respublikası hökumətinin başçısı bildirib.

Bundan əlavə, o, bugünkü görüşdə İrakli Kobaxidzeyə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələsində əldə olunan irəliləyişlər barədə də məlumat verib

//Samir Qurbanov, Editor.az

Seçilən
21
1
editor.az

10Mənbələr