"Kəpəz" daha bir futbolçu ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, Viktor Braqa ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.
Braqa 2024-cü ilin yayında Gəncə klubu ilə müqavilə bağlamışdı. 23 yaşlı braziliyalı yarımmüdafiəçi bu mövsümdə 17 oyunda 2 qol vurmuşdu.
İdman.biz