AZ

Rusiyada şok təklif: Diskotekaları bərpa edək, əhali artsın!

Məktəb diskotekaları ənənəsini bərpa etmək demoqrafik böhranla mübarizə aparmağa kömək edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Təhsil Nazirliyinin Tərbiyə, əlavə təhsil və uşaqların istirahəti sahəsində dövlət siyasəti departamentinin direktoru Nataliya Aqre deyib.

Onun sözlərinə görə, rəqsin qayıdışı yeniyetmələr arasında əlavə münasibətlər yarada və nəticədə demoqrafik göstəriciləri yüksəldə bilər:

“Ölkəmizdə 18-21 yaş aralığındakı gənclər arasında özlərini ailə həyatında görmək istəyənlərin sayı cəmi 8 faizdir. Bu, çox azdır. Və niyə belədir? Biz onların romantik münasibət qurmasına şərait yaratmamışıq”./axar.az

Seçilən
3
bakivaxti.az

1Mənbələr