AZ

Oğlunun ölüm xəbərini eşidən ana dərdə DÖZMƏDİ - DETALLAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Lənkəranın ucqar dağ kəndi olan Günəhirdə baş verən hadisə sakinləri sarsıdıb.
Oxu.Az Baku TV-yə istinadən məlumat verir ki, 53 yaşlı Seyran Cəfərlinin ölüm xəbərini eşidən 77 yaşlı anası Məhrəba xanımın səhhəti pisləşib.
O, təcili yardım briqadası gələnə kimi dünyasını dəyişib.
"Qardaşım Bakıda rəhmətə getmişdi. Bu xəbəri eşidən kimi Bakıya anamızla birlikdə getmək istəyirdik. Amma onun bu hadisədən xəbəri yox idi. Qardaşım xəstəlikdən əziyyət çəkirdi. Anam hər gün onunla danışırdı. Artıq 2 gün idi ki, əlaqə saxlaya bilməmişdi. Şübhələnirdi ki, nəsə var, biz ondan gizlədirik. Səhər Bakıya getməyə hazırlaşanda başa düşdü ki, nəsə olub. Sonra bizə dedilər ki, cənazəni kəndə gətirirlər, burada dəfn olunacaq. Bunu öyrənəndən sonra anam dəfələrlə "Mən Seyransız yaşaya bilmərəm, mən bu dərdə dözə bilmərəm" dedi. Nə qədər çalışdıq ki, özünü ələ alsın, alınmadı. Təcili yardım gələndə artıq gec idi", - deyə mərhumun qardaşı Fikrət Cəfərov bildirib.
Ətraflı süjetdə:
Seçilən
6
50
oxu.az

10Mənbələr