COVID-19-dan sonra nadir xəstəliklər, sonsuzluq və böyrək xəstəlikləri olan insanlar arasında ölüm riski artıb.
Referans.az Publika.az-a istinadən xəbər verir ki, bunu London Universitet Kolleci (UCL) və Qlazqo Universitetinin alimləri aşkar ediblər.
Tədqiqatçılar nadir xəstəliklərin yayılmasını və onlarla əlaqəli riskləri öyrənmək üçün geniş miqyaslı elektron sağlamlıq qeydlərindən istifadə ediblər. Ümumilikdə 58 milyon insanın məlumatları təhlil edilib.
Alimlər aşkar ediblər ki, nadir xəstəlikləri olan insanların COVID-19-dan ölmə riski ümumi əhaliyə nisbətən təxminən beş dəfə yüksəkdir. Qeyd olunub ki, hətta tam peyvənd olunmuş şəxslərdə də ölüm riski altında qalırlar.
Bundan əlavə, elm adamları ümumi patologiyalar ilə COVID-19-dan əziyyət çəkdikdən sonra ölüm ehtimalı arasındakı əlaqəni təhlil ediblər. Bu riski ən çox artıran xəstəliklər arasında sonsuzluq və böyrək xəstəlikləri var.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta