AZ

“Tofiq Bəhramov mənə deyirdi ki...” – veteran hakimin xatirəsi

Dünən Azərbaycan futbolunun tarixi siması, mərhum hakim Tofiq Bəhramovun doğum günü idi. Həyatda olsaydı, 100 yaşını qeyd edəcəkdi.

Bəs Bəhramov həmkarı Orucəli Durmuşovun yadında necə qalıb? Onun hakimlik üslubunu necə xarakterizə edərdi? Sabiq futbolçu, hakim Durmuşovun açıqlaması:

“Tofiq müəllimə dəfələrlə meydanda yardımçı olmuşam. 1975-ci ildə - 30 yaşımda hakimliyə başladım. Həmin dönəmdə hakimlikdə çox dəyişiklik oldu. Nə qədər azərbaycanlı varsa, hakimliyə dəvət etdik. Mənə deyirdi ki, mən gedəndən sonra Hakimlər Komitəsinin sədri olarsan. Mən də cavab verdim ki, bu vəzifəni istəmirəm. Azərbaycanlıları yetişdirmək lazım idi. Vaqif Davudov, Gülağa Cabbarov və Tahir Süleymanovu yetişdirdim. Tahir Süleymanovu Kişinyovda gördüm. Dedim ki, sənin boyun-buxunun var, gəl hakimlik et. O da sözümə qulaq asdı və sonda beynəlxalq dərəcəli hakim oldu. Kərim Ağayevin oğluna da dəstək olmuşam. İndi heç yada da düşmürəm”.

ƏSƏD SEYİDOV
Seçilən
4
football-plus.az

1Mənbələr