Serxio Ramos karyerasını Meksikada davam etdirəcək.
İdman.biz xəbər verir ki, ispaniyalı müdafiəçi "Monterrey"lə anlaşıb.
İspaniya mətbuatı yaxın günlərdə Ramosun tibbi baxışdan keçib, müqavilə imzalayacağını yazıb. Tərəflər arasındakı razılaşma 1 illik nəzərdə tutulub.
Qeyd edək ki, Serxio yayda "Sevilya"dan ayrılıb və sərbəst futbolçu kimi "Monterrey"ə qoşulacaq.
İdman.biz