Ukrayna Prezidenti Volodimir Zelenski litvalı həmkarı Gitanas Nauseda ilə Ukraynanın müdafiəsinin gücləndirilməsi, habelə bu ölkə üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkədə bildirib.
“Litvanın Prezidenti Gitanas Nauseda ilə danışdım və Litvanı Ukraynaya qarşı aydın mövqeyinə və dəyişməz dəstəyinə görə təşəkkür etdim”, – deyə dövlət başçısı litvalı həmkarı ilə telefon danışığı barədə məlumat verib.
Zelenski telefon danışığı zamanı “Ukraynanın müdafiəsinin gücləndirilməsini, xüsusilə artilleriya, hava müdafiəsi, uzaqmənzilli dron istehsalına birbaşa investisiyalar, həmçinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ehtiyacları”nın müzakirə olunduğunu açıqlayıb.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparmışdı.